WWW.HZALI.TK
MƏŞƏDİXANLAR  
 
  DUALAR 02.02.2025 02:52 (UTC)
   
 
Dua və İbadət
Cümə axşamı, 04.03.2010, 04:11pm (GMT+4)

İnsana digər varlıqlara veriləndən əlavə ağıl və şüur, iradə istək, bəyənmək və seçmək gücü verilmişdir. İnsan digər varlıqlardan fərqli olaraq məsləhətlə, düşünərək və ağlın gücü ilə müəyyən bir işi görə və ya tərk edə bilər. İnsan heyvan kimi nəfsani qüvvə və daxili rəğbətlərin qarşısında aciz buraxılmamışdır. Onun ağıl və iradəsi tərəfindən-tanıma, fərqləndirmə və düşünmə qüvvəsinin ali bir şura kimi qərar qəbul etməsi ilə azad iradə gücü-idarəedici bir qüvvə kimi  işə düşür. İnsanın əməli öz başlanğıcını istək və rizasından-bilik, düşüncə və seçmə qüvvəsinin çıxardığı qərardan alır. Heç nə, hər bir amil insanı meyl, rəğbət, razılıq və bəyənməsinin əksinə getməyə vadar eləmir və edə də bilməz.

Burada bir mühum məsələni qeyd etmək istərdim! Əsrlərlə insan istədiyini etmə sərbəstliyinə azadlıq kimi baxmışdır. Lakin bu heç də sözün əsl mənasında azadlıq deyil. İşin əsası budur: heç də istədiyimizi etməkdə sərbəst olmamız, azadlıq üçün yetəri deyil. Əsas məsələ istədiyimizi istəməkdə sərbəst olmamızdır. Yəni Allahın bizə verdiyi ən böyük azadlıq Ondan istədiyimizi istəmək (dua) haqqımızdır ki, bu da azadlığın özüdür.

İnsan-Allah dialoqunda biri yuxarıdan aşağı, o biri aşağıdan yuxarı iki əlaqə vardır. Birincisinə biz vəhy və ilham, ikincisinə isə dua (istək) deyirik. Həyat-yaradılanla Yaradan arasında bir dialoq olduğundan, insanın bütün fəaliyyətləri, istər-istəməz duadır. Və həyat bütünlüklə bir dua olduğuna görə, əməli və sözlü olaraq iki cür dua olduğunun qənaətinə gəlirik. Əməli dua-bütün varlıqların ortaq duasıdır. Sözlü dua isə yalnız insana məxsusdur. Burada bir, mühüm incəlik də vardır: İnsan əməli duanı yerinə yetirmədən sözlü duaya qalxarsa, həyat qanunlarına tərs düşmüş olur. Belə bir hal əkinçinin əməli dua olan əkmə və sulama işini görmədən Allahdan məhsul istəməsinə bənzər ki, bu da həm həyata, həm da Allaha alay etməkdir.

Fizika və riyaziyyatdakı «harmoniya»-ahəngdarlıq qanunu, ruhaniyyat aləmindəki «ədalət» qanunudur.Va bu qanun tələb edir ki, əgər insanın üzərinə müəyyən vəzifələr qoyulursa, mütləq «haqq»lar da verilməlidir. Yəni insan müəyyən hüquqlara malik olmalıdır. Azadlıq, hürriyyət bəyənmək seçmək, istəmək hüquqları. «İstəmək» mənasını daşıyan «dua»nın mahiyyəti nədir?

Allah, mələklər, bütün səmavi aləm bizi özümüz gördüyündən fərqli görürlər. Onlar orada bizə nəzarət etmək, mühakimə etmək və ya utandırmaq məqsədini daşımırlar və bizi ət-sümük kimi görmürlər. Onlar bizim əsl həqiqətimizi, ruhlarımızı görür və düşüncə formalarımızı izləyirlər. Onlar istədikləri kimi insan yaşayışına müdaxilə etməzlər. Yalnız insan kömək üçün istəklə «dua» etdikdə ona ürəkdən bir kömək etməyə, yol göstərməyə və rəhbərlik etməyə çalışarlar.

Mələklər, səmavi aləm, Allahın insanla çox yaxın olduğunu və onu çox bilirlər. Biz bilmirik! İnsanlar çox vaxt duaların yerinə yetmədiyini göyüb, Allahın onları eşitmədiyini düşündülər. Digər insanların Allahın ruzusunu daha çox aldıqlarını düşünürlər. Bütün bu cəhv düşüncələr insanın ruhi halına mənifi təsir göstərir. Ancaq bilməmiz gərək olan tək şey «Allah hər zaman bizi görür və eşidir» olmasıdır. Əksinə, biz Onu eşitmirik, daha doğrusu eşitmək istəmirik.

O, bizə yaxındır, biz Ondan uzağıq. Allahdan uzaq düşmənin əsas səbəbi isə Onu tanımamaq və ya Onun haqqında səhv düşüncələrdir.

Əlbəttə; əgər biz Allahı acı verici, cəzalandırıcı ya da intiqamçı olaraq gördüyümüzdə, Onun orada işi bizi cəzalandırmaq, nəzarət etmək ya da tənqid etmək olduğunu düşündükdə, bu qorxunu yaradır. Lakin biz Allahı tanıdıqda Onun bizə necə sevgi ilə yanaşdığını və xətalarımızı cəzalandırmaq yox, düzəltmək istədiyini anlarıq. Anlarıq ki, həqiqət heç də «zahiriyyatçı»ların bizə təqdim etdiyi məhdudiyyət və «olmaz»larla dolu dünyagörüşü deyil.

Əksinə, Allah heç də insanın azadlığını və həyatını məhdudiyyətə salmaq, onu «olmaz»larla, «bacarısızlıq»la doldurmaq, bütün bəşəri «zövq»lərdən və estetiklərdən yoxsul bir həyat sürməsini istəməz. Allahın insan üçün tək istəyi-kamillik, mükəmməl bir hüzur və xoşbəxtlikdir. İlahi məqsəd heç də insanı qorxutmaq, onu məhdudiyyətə salmaq və hər şeyə şəkk-şübhə ilə yanaşması deyildir. Allah insanların səhv, xəta və günahlarını görür və tək istəyi isə onların dərk edilib, düzəldilməsidir.

Allah öz böyüklüyünü bilir və insanın da öz böyüklüyünü dərk etməsini arzu edir. Allah insana verə biləcəyi hər şeyi vermək istər, amma bir şərtlə ki, əgər insan istərsə, dua edərsə! Bəli, insan öz yaradıcısından istərsə, istəyib dua edərsə, dua edib əzm göstərərsə. Duanın mahiyyəti buradan meydana çıxır. Əgər insan Allaha səmimi qəlbdən dua edib istəməzsə, Allah məcburi bir şey verməz. İstəyib, dua etdikdə isə mütləq qarşılıq verəcəkdir və kim olursa-olsun fərqi yoxdur. İsa (ə) sözü ilə: «Allaha dua edin, istəyin ki, sizə versin... Belə ki, sizin aranızda uşağı ondan çörək istəyəndə əvəzinə daş verən bir insan ola bilərmi?...

Duanın qəbul olunmamasını çoxu insan istəyinin Allah istəyi ilə üst-üstə düşməməsində görür. Zənnimcə bu səhv fikirdir. Bu halda «dua» tapmacadan başqa bir şey olmazdı. Mənim düşüncəmə görə duanın qəbul edilməməsi səbəbləri yalnız bunlar ola bilər: 1) Səmimiyyət yoxdur, 2) Şüura bağlı deyil, 3) Əzm yoxdur. Belə ki, dua edən insan şüurlu surətdə, səmimiyyətlə bir şeyi istəyib əzm göstərərsə, onda duası qəbul olar. Səmimiyyət dedikdə, dil ilə qəlbin birliyi nəzərdə tutulur.

Əgər biri gecə-gündüz dua edib Allahdan elm istəməklə məşğul olduğu zaman, ikincisi dua etməklə yanaşı, həm də çalışıb-oxuyarsa, yəni əzm göstərərsə, onun səmimiyyəti aşkar olur. Belə halda mütləq ikincinin duası qəbul olunacaq.

Əsrlərdən bəri insanları düşündürən bir məsələ də: İnsana verilən azadlıq, hürriyyət, bəyənmək seçmək və istəmək (dua) hüquqları Allahın qəza-qədəri ilə ziddiyyət təşkil etmirmi? Əgər bir Allahın təqdiri, yəni qanunlarını bütün hallarda dəyişməz hesab etsək, ziddiyyət qaçılmazdır.

Son zamanlar bu suala heyrətamiz bir cavab verilmişdir. Allah elmi dəyişkəndirmi?!!! Allah hökmü ləğv ola bilərmi?!!! Alçaq yüksəyə təsir edə bilərmi? Bütün bu suallara indi müsbət cavab verilir. Bəli, Allah hökmü ləğv ola bilər.Yer nizamı, xüsusilə də insanın iradə və istəkləri yüksək aləmə təsir göstərib, onda dəyişiklərə səbəb ola bilər. Bu-insanın taleyə malik olmasının ən yüksək forması və «dua»nın Allah qatındakı mövqeyinin göstəricisidir.

 

«...Allah nəyi istəsə, məhv edər, nəyi istərsə bərqərar edər və Ana Kitab ancaq Ondadır». Bəli heyrətamiz olsa da, ziddiyyətləri  aradan qaldıran və həqiqətə yaxın mətləbdir.

Digər tərəfdən şagirdin müəllimə verdiyi «sual» onun bilik səviyyəsini necə göstərirsə, eləcə də «dua» insan səviyyəsinin göstəricisidir. Və hər kəsin duası onun səviyyəsini göstərir. Məhz ona görə də Peyğəmbərin etdiyi duaların mənası çoxları üçün çətin dərk olunandır. Həmçinin Peyğəmbərin rahatlıq halında etdiyi dualar, çətinlik zamanı etdiyi dualardan çox olduğunu nəzərə alsaq, «dua»nın heç də tək çarəsizlik halına bağlamamalıyıq.

«Həm qorxu, həm ümid halında dua edin» ayəsi bizi məna baxımından çox maraqlı bir nəticəyə gətirir».

Müasir psixologiya elmi bu məsələni belə aydınlaşdırır:-İnsan ruhu zaman-zaman müəyyən ümidlər və müəyyən qorxular qarşısında bir-biri ardınca üzülürkən, bir tərəfdən də bütünlüklə bəlli olmayan ümid və qorxuların təsiri altında olur. Burada bütün ümidlər bütün qorxuların qarşı-qarşıya yer alıb bir nöqtədə toplandığını görürük ki, bu da həqiqətdir. Və o zaman özünə elə bir maraq oyanır ki, bu maraq bir tərəfdən bütün sevgiləri, digər tərəfdən bütün qorxuları içinə alan bir qorxu və ümid həyəcanı ilə ortaya çıxır. Məhz insan ruhunun belə bütünü ilə təsirləndiyi bir qorxu və ümid səbəbinə qarşı duyduğu bu maraq, yaradılışda insan fitrətində var olan ibadət düşüncəsinin başlanğıc nöqtəsidir ki, bütün vəzifə duyğusu (vəzifə şüuru) bunda toplanır.

Və insan bu duyğunu (şüuru) nəyə bağlarsa, ona ibadət edər. Demək, ibadət-mütləq gücsüzlük ilə tam qüvvətli olmanın, tam alçaqlıq ilə tam ucalığın və qorxular içində titrəyən ümid ilə istəkləri yerinə yetirən (duaları qəbul edən) Allahın qarşılaşma cilvəsidir (körpüsüdür).

Bununla biz, insana verilən haqq sayılan «dua» (istək) ilə vəzifə sayılan ibadət arasındakı bağlılıq nəticəsinə gəldik. «Dua-ibadətin iliyidir» dedikdə bu başa düşülür: Ümidin içində bir qorxu, qorxunun içində bir ümid yoxsa, onda vəzifə şüuru hərəkətsiz qalar və ibadətin mənası olmaz. Belə ki, acları çalışdıran doymaq ümidi, toxları çalışdıran aclıq qoxusudur.

Çox maraqlı haldır ki, ibadətlə istək (dua) arasında uyğunluq qarşılıqlıdır. Belə ki, iradə məfhumu əmr məfhumundan, həqqin məfhumu xeyrin məfhumundan daha ümumi və daha böyükdür. İbadət özü də bir mənada əmr olduğundan, o da iradəni yox, istək və rizanı hədəflər. Tam qətiyyətlə deyə bilərik ki, bərabərlik içində üstünlük və müxtəliflik, çoxluq içində «birlik» murad etmiş Uca Allah, insanlarda mütləq məcburiyyəti istəməmiş və təklif murad etmişdir, insanları ibadət etməyə mükəlləf qılmışdır. Məcburi görülən əməl və ibadətdə dinin vəd etdiyi savab ola bilməz. Yəni riza, istək və niyyət olmadıqca heç bir əməl ibadət sayıla bilməz. Belə ki, məcburiyyət əməldən əvvəl gəldikdə o «iradəni» qaldırır. Bəli, din Allah ilə insan arasındakı münasibətin adı olsa da, «təslimçilikdir». Lakin necə təslim? Əlbəttə ki, ağıllı, şüurlu, bilikli – azad iradəli insanın niyyət, riza və istəyi ilə əqidəvi təslimiyyət. Məcburiyyət, çarəsizlik və qorxudan doğan təslim-insan ruhuna od vuran ən yandırıcı atəşdir.

İndiyədək İslamı 5 şərtə bağlayanlar və ibadət dedikdə namaz, orucu-nəzərdə tutanlar, əlbəttə ki, Quran dinini ucuza bağlamış olanlardır: Əgər Quran bütün kainatı ibadətxana, məbəd adlandırırsa, demək insanın bütün davranışları, hətta həyatı belə ibadətdir. Və insan həyatı biribadətdirsə onda qıldığınız namaz ibadət olan həyatın bir bölümüdür. İnsanın hər addımını ibadət olmadan çıxaran yalnız pis niyyətdir, yəni niyyət təmiz olunca atılan hər addım bir ibadətdir. Bu halda bir insanın səccadə üzərindəki səcdəsi ilə, tarladakı çalışması eyni şəkildə ibadətdir. Bütün bu ibadətləri İslam eyni saysa da, ibadətlər içində ən dəyərlisinin təfəkkür olmasını vurğulayır. İslama görə də, insan oğlunun gördüyü ən şərəfli, ən üstün ibadət-təfəkkürdür. Təkrara əsla yer verməyən Quranın eyni bir surəsinin fərqli yerlərində «Düşünüb, öyüd alacaq yoxmu?» deməsi, sanki insanın çiyinlərindən tutub, silkələyir və təfəkkürə çağırır.

Heç şübhəsiz ki, Quran bilik və düşüncəni-mütləq dəyər və ucalıq ölçüsü qəbul edir. Burada da iki məsələ qeyd etmək istərdim: 1) Elm mütləqdir və bu halı ilə də müqəddəsdir. Quran elmlər arasında heç bir ayrılığa yol vermir. Elm Allahın nurudur və bu nur harada görülürsə, orada Allahın təsəllisi var deməkdir. Quran biliyin sonsuzluğunu və hər biliyin üstündə bir başqa bilənin olmasını, yəni realitivliyni qəbul edir. Deməli, hər insan bir mərtəbəyə görə müəllim, bir mərtəbəyə görə şagirddir. Bu şüurla həyata baxana Peyğəmbər (s) «bilik istəyən» adı verir və onun, mələklərin qanadları ilə qorunduğunu, Allah tərəfindən hər zaman salamlandığını bildirir. Ona durmayan: «Salamlar olsun sənə ey elm yolçusu!» deyilir. Elm və düşüncənin vətəni olmadığı kimi, elmi kəşflərin də vətəni yoxdur. Ona görə də bir elmi kəşfi «Allahsızın icadı»dır deyib üz çevirmək Qurana tərs düşməkdir. Və bu nə yazıq ki, günümüzdə rast gəldiyimiz neqativ hallardandır. Nə yazıq ki, icadından iki yüz il sonra bizə gətirilən mətbəəni «şeytan icadı» deyə qaldırıb atıldı. Elmə və elmi kəşflərə qarşı verilən bu cür «fətva»larla İslama vurulan zərbəni, görəsən hansı dinsiz vurmuşdur? Bu cür düşüncə sahibləri sabah «elmin şəhəri» olan İslam Peyğəmbərinə (s) nə cavab verəcəklər? O Peyğəmbərə (s) ki, İslamın qədr savaşı deyə keçən Bədrdə əsir edilmiş bütpərəstləri, 10-müsəlmana oxuma-yazma öyrətmələri halında sərbəst buraxmışdır. VII əsrdəki bu analoqu görülməyən hadisə günümüzdə belə necə də heyranedicidir. Bizim salat və salamlarımız da o Peyğəmbərlər Peyğəmbərinə və onun Əhli-Beytinə olsun...

2) Günümüzdə «Bu günə qədər heç kim görüb bilmədi, sənmi anladın? «Quranın çoxu mütəşabih ayələrdir. Onları Allahdan başqası bilməz. Sən bu yetərsiz ağlınlamı onları anlamağa çalışırsan?» və s. bu kimi sözlərlə, azad düşüncəyə sədd qoyanların, görəsən dinə vurduğu zərəri hansı dinsiz vurmuşdur. Elmi dəyişkən, biliyi yetərsiz, düşüncəni şüurlu elan edib insanın azad düşüncəsinə sədd çəkib sərhəd qoyanlar insana zülm etmirlərmi?

Neqativ hallardan biri də, ibadət edənlərin özlərini ibadət etməyənlərdən üstün saymalarıdır. Hər şeydən əvvəl bunu bilmək gərəkdir: Heç kim ibadəti ilə başqasından üstün olduğunu irəli sürə bilməz. Unutmaq lazım deyil ki, İblis mələklərlə illər boyu ibadət etmişdi.

Əlbəttə ki, əmr və təklifləri yerinə yetirmək sözsüz ki, qarşılıqsız buraxılmaz. Ancaq sonsuz həyatı qazanmaq üçün yalnız onlar yetmir. Əmr və «olmaz»lar əsas anlamı ilə insan həyatını gözələşdirmək üçündür. İbadətlər tək başına sonsuz xoşbəxtliyə haqq qazandıran ola bilməz. Belə ki, əbədi qurtuluş davranışlar üstündür. İbadətlər tək başına sonsuz xoşbəxtliyə haqq qazandıran ola bilməz. Belə ki, əbədi qurtuluş davranışlar üstü bir keyfiyyətdir: əməl ölçüsü ilə təsbit edilə bilməz...

İbadətin dar çərçivəsinə alan və məqsədi fərqli anlayan insanların bir qrupu da, özlərini hal əhli adlandıran, irfan əhlidir.

Hal əəhlinin insanın bu həyatdakı məqsədinin-nəfslərin təbiətə aid şəhvətlərin pisliyindən təmizləmək, əxlaqi şəhvət və qəzəb qüvvələrindən ayırmaq, bol-bol dua, namaz, sədəqə, oruc, qurban kəsməkdir. Bir sözlə ibadət və itaət məqsədi-insanın ruhani mərtəbəsinə qalxıb mələk kimi olması, Allaha yaxındaşmaq, Allaha əriyib yox olmaqdır. Burda zənnimcə əsas neqativ hal, hal əhlini-cism olma, maddiyyata malik olmanı, aşağılıq, acizlik və şərrin başlanğıcı hesab etməsidir ki, bu da heç cür qəbul edilə bilməz. Məgər ruhanilikdə olan fəzilətləri üstün sayanlar, bilmirləmi ki, cismanilikdə elə fəzilətlər var ki, onlar ruhanilikdə yoxdur və ola da bilməz. Ruhaniyyət və cismliyi içinə alan bəşərdə haqq dəlillərin və Allaha yaxınlıq, mücərrəd ruhaniyyətdən daha çox olduğunu bilmirlərmi? Məgər Quran məntiqi göstərmir ki, bəşər-mücərrəd ruhaniyyətdən daha fəzilətli və mükəmməldir. Hətta bəşər mələyin əmrinə deyil, mələk bəşərin əmrindədir. Demək, bəşərin Allaha yaxınlaşması üçün təkcə ruhaniyyət zəruri ola bilməz. Ona görə də cəsədi həqir görüb əzməyə çalışanlar, məqsədi ruhaniyyətdə görənlərin ibadəti dar çərçivədədir. Belə ki, söxsüz insanlıqda ortaya çıxan və çıxa biləcək olan əməl və əsərlər ruhaniyyətdən daha yüksəkdir.

Bir incəliyi də qeyd etmək istərdim: Qulluq, itaət, ibadət, dua bəzilərinin hesab etdiyi kimi, heç də insanın özünü kiçiltmək, alçaltmaq, zəlil görmək mənasını daşıya bilməz. Belə ki, kiçiklərin kömək istəməsinə yardım etmək və cavab vermək böyüklüyün əlaməti olduğu kimi, böyüklərin əmrlərinə də itaət etmək həm ədəb, həm əxlaq qaydası, həm də kiçiklərin mənfəəti, həm kiçiklərin böyüklüyü, həm hörmətin son dərəcəsi, həm də ağlın təsdiq etdiyi bir vəzifədir. Bunu nəzərdən qaçırmamalıyıq ki, Allah bizi ibadət və itaətə çağırmaqla alçaltmaq və zəlil göstərmək yox, əksinə yüksəltmək və nemətini tamamlamaq istəyir. Və Allahın bizə tapsırıqları nə qədər çoxdursa, lütfləri də bir o qədər çoxdur.

İbadətin nəinki vəzifə həmçinin vəsilə olması da gəlinən nəticələrdən biridir. İmam Rza (ə) «İbadət-ağlı gücləndirməyə bir fəsilədir» və Əlinin (ə) «Ey Hişam» Allaha ağıldan üstün bir şeylə ibadət edilməz» hədisləri də ibadətin geniş və dərin mənası olduğuna sübutdur. Bununla bərabər Quran rəsmi bir ibadət də qəbul etmir. Yəni hər kəs ibadətini kimsəyə möhtac olmadan edə bilir. Və Quran bütün kainatı ibadətxana, məbəd saydığından, ibadəti məbəd divarları arasında da bağlamır.

Dua da geniş mənada bir bağırıb-çağırma, əvvəlcədən hazırlanmış qafiyyəli sözləri gözəl eda ilə söyləmə, uzun-uzadı təkrarlama işi deyil: bir səmimiyyət, könül ürpərtisi və içdən çağırma işidir. Hətta dua dil ilə iqrar və kəlmələrin üstündən olan bir şeydir.

Məqaləmi zəmanəmizin böyük alimi Eynşteynin alimin ibadət zamanı keçirdiyi hissləri göstərən sözləri ilə bitirmək, istəyirdim: «İbadət zamanı insan özünün bəşəri hədəf və arzularından agah olur, kainat və ona həkim olan nizamin əzəmətini dərk edir...»        

 

 ELIZBAR.YUSUBOV.


 
 
  ELiZBAR YUSUBOV
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Webmaster:Fronzo.Tk 2008@2011
  ELiZBAR AQiLHOS


Sende ses ver namizedlere!
ELiZBAR AQiLHOS 72,94%
ALi BALA 11,76%
ROVSEN AMiROV 8,24%
RAUL AMiROV 1,18%
iMRAN NOVRUZOV 5,88%
85 toplam oy:


 




CANIM TÜRKİYEM
 
Image Hosted by ImageShack.us
TELEVIZYONDA NE VAR?
 
face-fbmlkodu.tr.gg

 
Sitene ekle
Bugьn 27746 ziyaretçikişi burdaydı!