Sarımsaq həm çiy halda,həmdə xörəklərdə bişirilmiş halda istifadə olunur.Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır.Bu baxımdan o həzm və nəfəs orqanları,ağciyər üçün daha faydalıdır.
Sarımsaq yemək iştahı artırır,qidanın həll olunmasına kömək edir,mədə rütubətini toplayır və aşağı salır,qatı qanı durulaşdırır.
Turşuya qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir,huşsuzluq,üz iflici,sinir və oynaq ağrıları hallarında tövsiyə edilir.Mədədə qurd yaranmasının qarşısını alır.Hamilə qadın sarımsaq istifadə etdikdə uşağın rəngi açıq və xoşagələn olur.
Sarımsağı qatıqla yemək iştahı açır ,mədə və həzm üçün münasibdir.Ağır və gec həzm olan qidaları sarımsaqla yemək məsləhətlidir.
Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir,böyrək daşları hallarında da tövsiyyə olunur.Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.Onu qaynadaraq isti suyunda oturmaq sidik qovucu təsirə malikdir.
Lakin sarımsağı həddən çox işlətmək qana,gözə və babasilə ziyandır.Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.
Əsas problem- sarımsaq yedikdən sonra nəfəsinizdən iy gəlməməsi üçün bir az cəfəri və ya limon yemək məsləhət görülür.
İmpotensiyanın qan dövranının pozulmasından asılı olduğunu nəzərə alsaq, sarımsaq kişilərə xeyirlidir.
Damarların divarlarına çökmüş xolestrinin səviyyəsini aşağı salır.
Sarımsağı zədələnmiş yerlərə sürtməklə qanaxmanın qarşısını almaq mümkündür. ELIZBAR.AQILHOS.
Dietoloqlar süd qəbulunda gundəlik normanın olmadığını deyir.Əgər siz onu rahat həzm edə bilirsinizsə laktoziya (süd şəkəri) davamlılığınız varsa,südə qarşı allergiyanız yoxdursa,istədiyiniz qədər içə bilərsiniz.Süddə bütün əvəzolunmaz amin turşuları və çoxlu vitamin,ən əsası isə saç parıltısı və dəri hamarlığını təmin edən A vitamini ,coxlu kalsium var.Həmçinin süddə hüceyrə funksiyasıni təmin edən E vitamini var.E vitaminin çatişmamazlığı nəticəsində orqanizmin ümumi tonusu aşağı düşür.Süd həm də kalsiumu mənimsəyə kömək edən D və K vitaminləri ilə zəngindir.Suda həll olan vitaminlərdən süddə orqanizmin maddələr mübadiləsini təmin edən B vitaminlər qrupu,qaraciyər və mədənin işini yüngülləşdirən foliy turşusu və güclü antioksidant olan C vitamini var.Bu hələ son deyil!Südün tərkibində yüzdən çox bioloji aktiv maddə daxildir ki,onlardan çoxunun tərkibi hələ müəyyənləşməyib.
Südü nece içməli?Süd məhsullarını çörək və yarmasız içmək daha yaxşıdır.Yəni südü bulka ilə də içmək məsləhət deyil.Süd öz tərkibini itirmir,amma dənli bitkilərdə olan fitoniy turşusu kalsiumun həzminə mane olur.Südü yatmamişdan 1 neçə saat öncə və və susuzluğu aradan qaldırmaq məqsədi ilə içmək olar.Süd yox,məhz kəsmik və pendir kalsiumun əsas mənbəyi sayılır.Kəsmikdə yoğurt və kefirə nisbətən daha çox kalsium və fosfor,faydali zülallar mövcuddur.Qatıq süd içməyənlər üçün əla variantdır.Həm də onu nadir hallarda pasterizə edirlər.
İnək südü.Dietoloqların fikrincə,heç bir içki inək südünü əvəz edə bilməz,amma ona bənzəyə bilər.
Soya.(112kkal/100q)Soya paxlasından sıxılmış içkidə inək südündə olduğu qədər zülal var,xolestrin isə yoxdur.Amma onun tərkibindənə mikroelement nə də canlı bakteriya var.
Düyü.(100kkal/100q)Onu da soya kimi şərti süd adlandırmaq olar.Heç allergiya vermir və qida dəyəri aşağıdır.
Keçi südü(134kkal/100q)asan həzm olunur,amma spesifik dada malikdir və daha yaglıdır.
Camış südü(208kkal/100q)dadlıdır,inək südü ilə müqayisədə daha çox albumin zülalına malikdir və asan həzm olunur.
Bunları ağzı bağlı bankaya qoyuruq.Axşam 1xörək qaşığı bu qarışıqdan 0,5litr qaynayan suya töküb altını söndürürük,20 dəqiqə dəmlənir.Dəmləməni parça ilə(cuna ilə yox)süzürük.1stəkan bu suyun içinə 1 çay qaşığı bal töküb qarişdirib içirik. Ondan sonra nə yemək, nədə heç nə içmək olmaz.Səhər duranda həmin sudan 1stəkan buxarda isidib ,yenə 1 çayqaşığı bal töküb ac qarina içirsən .20 -25 dəqiqə yeməkdən qabaq.Beləliklə həmin bankadakı qarışıq qurtarana kimi hər gün 2 dəfə təzə dəmləyib içmək lazımdi .Tibet xalq təbabətinə görə bu içki oynaqlara,artıq piylənməyə,yaddaşsızlığa ,baş hərlənməyə və görmənin yaxşılaşmasına kömək edir
Əgər iştahanız yoxdursa türkəçarədən istifadə edin
1. 80 qr.Yovşan otu,20qr. Boymadərən otu,götürün qaynadin hər yeməkdən 20 dəqiqə qabaq 1 xörək qaşığı için
2. 40 qr. Yovşan otu,Boymadərən otu 20. qr, 20 qr Acıqovuq kökünü götürüb qaynadın bunuda yeməkdən 20 dəq. əvvəl 1 xörək qaşığı için
3. 25 qr. Yovşan otu,25 qr kəçəvər kökümsovu,25 qr Üçyarpaq su yoncasının yarpağı,25qrş Zirə meyvəsini qarışdirın 15-20 dəq. qaynadın yeməkdən 20 dəq əvvəl1 xörək qaşıgı için
Bunlar hamısı apteklərdə satılır içib görəcəksiniz iştahanız necə açılır.Mən özümdə uşaqlarımda yemək yeməyi heç xoşlamırdıq bunları eləyib içdik, indi maşallah iştahımız çox yaxşıdı.ELə xanımlar varki kökəlmək istəyir, bundan istifadə eləsin mütləq xeyrini görər insallah. ALLAH hamınızın köməyi olsun.
Çayı çox isti içmənin yemək borusu xərçəngi riskini artırdığı bildirildi.
Qara çayın çox içildiyi və dünyadakı yemək borusu xərçənginin ən çox görüldüyü ölkələrdən İranda elm adamları, spirt və siqaretin az içilməsinə baxmayaraq yemək borusu xərçəngi hadisələrinin qadın və kişilərdə həddindən artıq olduğu Gülüstan vilayətində bu xəstəliyə tutulan 300 adam ilə sağlam 571 adamın vərdişlərini müqayisə etdi.
Çayı çox isti içməyin bu vilayətdə yaşayanların nizamlı olaraq gündə ortalama bir litrdən çox qara çay içdiyi, bu kəslərin yüzdə 39unun çayı 60 dərəcədən az, yüzdə 39unun 60-64 dərəcədə, yüzdə 22inin 65 dərəcənin üzərində içdiyi görüldü.
Araşdırma nəticəsində, çox isti olaraq təsvir edilən 65-69 dərəcədə çay içmənin yemək borusu xərçəngini iki qat, 70 və üzəri dərəcədə isə 8 qat artırdığı təyin olundu.
Tehran Universitetindən elm adamları, qaynar çayın bu təsirinin, epitelyumu (damarları və bəzi kiçik boşluqları örtən bədənin xarici və iç səthini örtən toxu təbəqəsi) kanserojen təsirlərə daha həssas hala gətirə biləcək, təkrarlanan yanmaqla açıqlana biləcəyini vurğuladı.
"British Medical Journal" jurnalında nümayiş olunan araşdırmanı şərh edən Avstraliyadakı Queensland İnstitutundan David Whiteman isə çaxnaşmaya qapılmağa və çay zövqündən imtina etməyə gərək olmadığını, çayı qoyduqdan sonra 2-3 dəqiqə gözlənilməsinin kafi olacağını ifadə etdi.
Dünyada hər il 500 mindən çox adam yemək borusu xərçəngi səbəbiylə həyatını itirir. Avropa və Şimal Amerikada xüsusilə tütün və spirt istifadəsi bu xərçəngi tətikləyir.
Yemək borusu xərçənginə tutulan kişilərin sayı qadınlardan daha çoxdur.