Rus inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İliç Ulyanov (Lenin) yəhudi imiş. Moskva Tarix muzeyində Leninin yəhudi köklərinə mənsubluğuna dair sübutlar sərgilənib. Rusiyalılar uzun müddət Leninin yəhudi olması ilə bağlı yayılan söz-söhbətdən sonra ilk dəfə olaraq müvafiq sənədlərlə tanış olacaqlar. Bu barədə Amerikanın “The Washington Post” qəzeti “Associated Press”in adı çəkilməyən əməkdaşına istinadən yazıb.
Agentlik yazır ki, Moskva Tarix muzeyində Lenin haqda bu yaxınlarda üstü açılmış onlarla sənədlər sərgilənir. Məqalədə deyilir ki, sənədlərin birində Leninin böyük bacısı Anna Ulyanova yazıbmış ki, ana babaları Ukrayna yəhudisi olub, o daha sonra oturaq həyat tərzindən yaxa qurtarmaq üçün ali təhsil almaq məqsədi ilə xristianlığı qəbul edir. Kasıb Ukrayna ailəsində böyüyüb, xaç suyuna salınma şəhadətnaməsinə əsasən, Jitomirdə doğulmuş Moisey Blankanın oğludur. Bu barədə Anna Ulyanova 1932-ci ildə Leninə yazdığı məktubda ətraflı yazıb.
Anna İliniçna həmçinin yazıb ki, Lenin hər zaman yəhudilər haqda yüksək fikrə malik olub və çox təəssüf ki, onun yəhudi əslə mənsubiyyəti haqda faktlar ölümündən sonra məlum oldu.
Sənədlər arasında digər maraqlı məqam isə Anna Ulyanovanın məktubunda Stalindən Leninin yəhudi olmasına dair faktları üzə çıxarmasını xahiş etməsi olur. Sərginin kuratoru Tatyana Koloskovskinin sözlərinə görə, Stalin Annanın bu xahişinə məhəl qoymur və Annaya bu məktubu haqda susmağı əmr edir.
Lenin bacısının məktubu rusiyalı tarixçilərin əlinə 1990-cı illərin başlanğıcında keçib. Lakin bu sənədlərin həqiqəti əks etdirməsi haqda uzun müddət mübahisələr davam edir.
ELiZBAR YUSiFZADE.
2012-ci ildə bizi nə gözləyir?
Günəşdəki aktivliyin təbii fəlakətlərə yol aça biləcəyi güman edilir
Alimlər 2012-ci ildə hansı təbii fəlakətlərin gözləndiyini müəyyən ediblər. Buna səbəb Günəşdə fəallığın artması ola bilər. 2012-ci ildə Günəşdə güclü plazma atılmaları baş verə bilər ki, bu da ABŞ və Kanadada texnogen qəzalara yol aça bilər. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Lev Zelyonıy deyib. Onun sözləinə görə, nəticədə yarana biləcək cərəyanlar məişət avadanlıqlarını sıradan çıxara, texnogen qəza və fəlakətlərə gətirib çıxara bilər.
"2012-ci il aktiv Günəş ili olacaq. Rusiya üçün bu ilin ekstremal olacağını güman etmirəm. Geomaqnit təsirin mərkəzi ABŞ və Kanada olacaq".
ELiZBAR AQiLHOS.