BOYUN.AGRISININ.8 ÇARESi.
Xüsusilə bütün günü kompüter arxasında keçirənlər ən çox Sikayet.edirler. Əgər siz də bütün gün kompüter arxasında işləyirsinizsə həyatınızın bir dövründə boyun ağrısı çəkməniz qaçınılmazdır. Araşdırmalar, insanların 50 faizinin hər il boyun ağrısı şikayətiylə həkimə müraciət etdiyini göstərir. Gündəlik həyatda sadə tədbirlərlə boyun ağrılarının qarşısını almaq mümkündür.
Boyun ağrısı xüsusilə ofis işlərində işləyənlərin şikayətidir. Bütün gün kompüter qarşısında işləmək, gündəlik iş həyatındakı gərginliklər boyun ağrılarının artmasına səbəb olan faktorlardandır. Boyun ağrıları, sadə ağrı kəsicilərlə aradn gedir. Həmçinin isti-soyuq kompresler də təsirlidir. Ağrıyan yeri 20 dəqiqə buz torbası və ya dəsmala sarılmış buz parçaları ilə kompres etdikdən sonra ilıq bir duş almaq kifayətdir.
Boyun ağrısının müalicə etmək üçün 9 təklif.
1. Üzüstə yatmaqdan çəkinin. Bu halda boyunuza artıqdan yük düşür.
2. Dişlərinizi qıcamayın. Bu hərəkət boyun əzələlərini dartılmasına səbəb olur.
3. Nizamlı fiziki hərəkətlər edin. Davamlı fiziki hərəkət edənlərdə boyun ağrısı ehtimalı çox azdır.
4. Zehni stressi azaltmağa çalışın.
5. Maşınızda oturacağı nizamlayın.
6. Telefonla danışarkən telefonu qulağınızla çiyiniz arasında sıxmayın.
7. Göz xəttinə uyğun şəkildə iş masanızı, kreslonuzu və kompüterinizi nizamlayın.
8. Oturaq halda işləyirisinzsə tez-tez fiziki hərəkətlər edin. Çiyinlərinizi yuxarı doğru qulaq xəttinə qədər yüksəltdikdən sonra aşağı salın. Bunu beş dəfə təkrar edin. Elizbar.Yusubov DÜYÜ. Qadir Allah aləmi gözəl bir biçimdə öz hikməti üzrə yaratmış və yaradılmışları öz hikmət zənciri ilə bir birinəbağlamışdır. Aləmdə hər şey bir-birini tamamlayır, birində qanun pozularsa, bağlılıq qanununa əsasən başqaları da ziyana məruz qalar. Bu qanun həm insanı əhatə edən aləmi, həm də insanın özünü bürümüşdür. Bu gün aydın görünür ki, Allahın qanunlarını pozmağa çalışan insan oğlu necə də etdiklərinin cəzasını çəkir. Bəli, insan oğlu özünütəbiətin ağası sandı onu dəyişdirmək qərarına gəldi. Qazandığı isə əks əməl oldu, yəni dəyişən təbiət insanı da dəyişməyə məcbur etdi. İnsan oğlu tərəfindən xəstələndirilmiş ana təbiətin xəstəliyinə insan oğlu özü məruz qaldı vəxəstəliyə düçar olmuş hər bir orqan da özü-özlüyündə başqa orqana təsir edir, başqasının da fəaliyyətini zəiflədir. Bəlkə elə bu əməllərə görədir ki, Yaradan öz müqəddəs kitabında buyurur: «İnsan ziyan içindədir» (Əsr surəsi, ayə2).
İnsan Allahla hesablaşmaq istəmədi, Allahın yaratdığı təbiəti bəyənməyib öz istədiyi kimi qurmaq istədi, qazandığı isə ziyan oldu. İnsanın kəşf etdiyi ixtiralara diqqət yetirək: insan barıt kəşf etdi - odlu silah oldu; insan atomu kəşf etdi - bombaya çevrildi, nə yaratdısa başına bəla etdi insan. Amma bunun əvəzinə Allahın həmahəng yaratdığıdünyada həmahəng yaşasaydı insan görəcəyi xeyir daha çox olardı. Kimya elmini gücləndirən insan oğlu bu gün kimyəvi silahları, kimyəvi dərmanların əlində aciz qalıb. İnsanın bir yarasını sağaldan kimyəvi dərman onun orqanizmində neçə-neçə yeni yaralar açır. Bəzən kimyəvi dərmanı bir neçə dəfə qəbul etmiş insan ömrü boyu ondan asılı vəziyyətdə qalır. Allahın yaratdıqları müqayisə edilməzdir - Ana təbiətin istehsal etdiyi dərmanlar: otlar,bitkilər, meyvələr və s. Hər bir ağıllı insan bilir ki, onlardan heç bir ziyan gəlməz, qazanc yalnız xeyirdir. Allahın yaratdığı bir ot bəzən onlarla xəstəliyin dərmanı olur və Ana təbiətdə yüzlərlə dərman - bitki mövcud olur. Allah bizə saysız-hesabsız nemət vermiş hər addımımızda dərdlərimizə dərman bitirmiş. Biz isə sanki Yaradandan ağıllıyıq, Onun yaratdığını atıbözümüz yaradırıq. Yaratdığımız da orqanizmi zibil qutusuna çevirən kimyəvi dərmanlardır.
Allah aləmlərə rəhmət olaraq göndərdiyi Qurani Kərimdə buyurur: «Əgər sizə verilən nemətləri saymağa qalxarsınız sayıb qurtara bilməzsiniz».
Allahın bizə bəxş etdiyi nemətlərdən biri də evlərimizdə qida kimi ən çox istifadə etdiyimiz düyüdür. Nə üçün insanlar düyünü bu qədər sevirlər, bir hikmət yoxdurmu burada? Bəlkə bu ona görədir ki, Allahın insanlar arasında hidayət çırağı yandırmaq üçün göndərdiyi 124 000 peyğəmbərin ən fəzilətlisi, ən kamili və sonuncusu İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur: «Yerdə bitən hər bitkidə şəfa və zərər vardır, düyü isə belə deyildir. Onda təkcə şəfa var». Ya bəlkə onu insanlar arasında məşhur edən onun faydalı tərkibidir: düyünün tərkibində - su, protein, karbohidrat, kalsium, fosfor, dəmir, vitamin V1, V2, cücərmiş toxumunda isə vitamin E və vitamin V vardır. Bu ilahi nemət, həm ən gözəl qida maddəsi həm də gözəl qankəsicidir. Bundan başqa düyünün həm özü, həm də həlimiəvəzsiz ishal kəsicidir - yəni bağırsaqları bərkidir. Peyğəmbərin (s) pak övladı İmam Cəfər Sadiq (ə) buyurur: «Düyüyaxşı qidadır, bağırsaqları açır, rahat edir, babasili müalicə edir». Düyü bədəni kökəldir və gücləndirir. Bu ilahi nemət tək qida maddəsi və dərman deyil həm də kosmetik maddədir. Belə ki, düyünü qaynadıb suyu ilə sifətəkompress qoymaq sifətin rəngini gözəlləşdirir və təravətləndirir. Düyü su ilə saçları yumaq isə saçları gözəl vəmöhkəm edir.
Həzrəti Məhəmməd (s) dünya və axirət qardaşı, elmlər şəhərinin qapısı, imamlar atası Peyğəmbər (s) varisi vəcanişini Əli (ə) buyurur: «Yeyəcəklərin ağası əvvəl ət, sonra düyüdür». Düyü süd və şəkərlə bişirilərsə, orqanizmüçün daha münasib olur və tez mənimsənilir, orqanizmi kökəldir,sperma yaradır. Düyü keçi südü ilə bişirilərsə, mədənarahatçılığına qarşı çox faydalıdır.
Düyü unu yara və iltihabı qurtarır, piy ilə düyü ununun təpitməsi çibanları deşir və təmizləyir. Düyü böyrək və sidik kisəsi xəstəlikləri üçün də faydalıdır.
Peyğəmbər Əhli-Beytinin pak nümayəndəsi, alimlər ustadı, altıncı imamımız İmam Cəfər Sadiq (ə) buyurur:«Düyü yaxşı qidadır, biz onu xəstələrimizə verib onları sağaldırıq».
Tibb elminin əvəzsiz bilicisi, peyğəmbər övladı, dünya müsəlmanlarının ziyarətgahına çevrilmiş səkkizinci imamımız İmam Rza (ə) buyurur: «Dünya və axirət yeməklərinin tacı ət və düyüdür». Bu əvəzsiz qida olan ilahi nemət, həm də insan ömrünü uzadan bir maddədir və hər sahədə əhəmiyyətli olduğu kimi, düyü ürək xəstəliklərinin müalicəsində də böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Cəfər Sadiq (ə) buyurur: «Düyünü yuyub kölgədəqurudun, sonra un edib gündə bir az su ilə için ki, ürək xəstəliyinə çox xeyirdir».
Və peyğəmbər övladı yenə buyurur: «Ürək ağrısı zamanı düyünü bişirib üzərinə sumaq səpib yeyin».
Torpaqdan yaratdığı insan oğlunun qida və şəfasını yaratdıqları içərisində qərar vermiş, hər bir zərrədə insan oğlu üçün fayda qərar vermiş Ulu Tanrıya Həmd və Sənalar olsun! Və bütün bu ilahi bilgiləri cahil və nadanlığımıza baxmayaraq bizlərə çatdırmağa çalışan 124 000 peyğəmbərə, onların sonuncusu olan Həzrəti Məhəmmədə (s) vəonun canişinləri olan məsum imamlarımıza Allahın salamı olsun! Və Ulu Tanrı bu müqəddəs insanlara xatir Onun adını çağıran xəstələrimizə şəfa versin! D.r.Elizbar.Aqilhos
Narın faydasını saymaqla bitirmək mümkün deyil.
Bu meyvə nəinki süfrəmizdə, hətta yeməklərdə də geniş şəkildə istifadə edilir. Nar tərkibindəki bir çox faydalı birləşmələr sayəsində xərçəngdən ürək xəstəliklərinə kimi bir çox xəstəlik növlərnin qarşısının alınmasında mühüm rola malıkdir. Narın ən başlıca xüsusiyyəti isə onun xərçəngə qarşı ən yaxşı vasitələrdən biri olmasıdır. Bu meyvəkalsium, B6, B9 və c vitaminləri dəmir, maqnezium, fosfor kimi maddələrin mənbəyidir.
Nar suyundakı antioksidantlar qırmızı şərab və yaşıl çayda olduğundan min dəfə çoxdur. Narı yemək və ya yaşıl çay içmək prostat, süd vəzi , dəri xərçəngi kimi xəstəliklərin yaranması riskini 70 faizə qədər azaldır. Nar suyu bir çox başqa xəstəliklərə qarşı da xeyirlidir. Tədqiqatçıların rəyinə görə, nar qan dövranını yaxşılaşdırır, təzyiqi normalaşdırır, ürəyi qoruyur, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, mikrobların düşmənidir və dərini gözəlləşdirir. O, həm də hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Çalışın siz də nar şirəsindən faydalanın.
Elizbar.aqilhos. ÖMRÜ UZADAN 7 QİDA
Hər insan səhhətində müəyyən xəstəliklərlə üzləşir. Alimlər bildirirlər ki, insanın hər hansı bir xəstəliyə yoluxması onun qidalanmağından asılıdır. Məsələn istifadəetdiyimiz qidaların içində bəziləri insan ömrünü uzadır, müəyyən xəstəliklərdən qoruyur. Amerika Xərçəng Xəstəlikləri Araşdırmaları İnstitutunun araşdırmaları nəticəsində bədəni xərçəng, infarkt və şəkər xəstəliklərindən qoruyan qidaların siyahısını açıqlanıb.
Badam:
Hər gün 30 qram badam yeməyi unutmayın. Yağlarla zəngin bir qida olan badam qandakı xolestrol nisbətini aşağı salır. Badam həm də damar tutulmalarının qarşısını alaraq, qan dövranının tənzimləyir, ürəyi qoruyur.
Qəhvə:
Gün ərzində iki fincan qəhvə içmək, xüsusilə orta yaşlı insanlarda yaranan parkinson və şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kafein maddəsi şəkər xəstəliyinə yoluxma riskini 35 faiz azaldır. Bununla yanaşı, ağrıkəsici funksiyasını da yerinə yetirir. Ancaq qəhvəni mütləq südlə için. Beləcə kafeinin sümükləri zəiflətməsiniəngəlləmiş olarsınız.
Darçın:
Hər yeməkdən sonra içində bir miqdar darçın olan şirniyyat yeməyi unutmayın. Şirniyyat yemək istəmirsinizsə, balaca çay qaşığı dolu darçını suya qataraq içə bilərsiniz. Darçın qan şəkərini qaydaya salır, sinir sistemini sakitləşdirir.
Kartof:
Kartof ən yararlı 100 qida arasında 17-ci sırada durur. Orqanizmi ağciyər xərçəngi, xərçəng xəstəliyi və infarkta qarşı qoruyur. Ancaq kartofu qızartmaq əvəzinə, yağsız halda əzilmiş və ya bişirilmiş yemək daha məsləhətlidir.
Tərəvəz şorbası:
Doyumludur, kalorisi az olduğu üçün xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Bundan başqa, tərəvəz şorbası sodium baxımından da zəngindir. Bir kasa tərəvəz şorbasında 500 milliqram sodium olur. Sodium sinir sistemi və əzələlərin davamlı olaraq işləməsinə şərait yaradır, Bədəndəki maye miqdarının həcmini qaydasında saxlayır. Ancaq gündə 1500 milliqramdan çox sodium təzyiq və ürək xəstəlikləri olan insanlarda əks təsir yaradır.
Zeytun yağı:
Zeytun yağı xərçəngin qarşısını alır. Gündə 25 ml zeytun yağı istifadə edənlərin sidiklərində, hüceyrələrə zərər verən “8 oxod” adlı maddənin səviyyəsinin azaldığı bildirilir. Zeytun yağı həm də ürəyi qoruyur. 1 xörək qaşığı zeytun yağında 120 kalori olur. Bu səbəblə gündə 6 qaşıq şorbadan artıq yeməyin.
Çay:
Qara və ya yaşıl olmasından asılı olmayaraq, çayın hər növü xərçəng riskinin azaldılmasında təsirlidir. Çay qadınlarda uşaqlıq xərçənginə yoluxma riskini 50 faiz azaldır. Döş xərçəngi üçünsə bu nisbət 60 faiz təşkil edir. Çay həm dəinfarkta qarşı təsirlidir. LENT.AZ
D.r.Elizbar.Aqilhos.
Dietoloqlar siqaret çəkməyi tərgitməkdə insana kömək edən ərzaqların siyahısını müəyyənləşdirib.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu pis vərdişdən pomidor, istiot, kərəvəz, badımcan, lobya, xiyar və süd vasitəsilə itmina etmək olar.
Alimlər onu da bildirir ki, siqareti tərgitmək fikrində olmayan insanların rasionlarını C vitamini ilə zəngin olan sitrus bitkilərilə genişləndirməsi vacibdir. Siqaret çəkən insanlarda məhz C vitamini çatışmır və bu üzdən belə insanların naringi, qreypfrut, limon, həmçinin qarağat yeməsi məsləhətdir.
Elizbar.Yusubov . XURMA.
Xurma
«Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardı ki, hamısı bir su ilə suvarılır və bununla belə, məhsul baxımından onların bəzisini bizisindən üstün edirik. Həqiqətən bunda ağıllarını işlədən dəstə üçün nişanələr var». («Rə’d», 4)
Qurandakı adı: «Nəxl», «nəxil».
Elmi adı: phoenix dactylifera.
Qurani-məciddə adı çəkilən meyvələr içərisində xurmanın adı daha çox təkrarlanmışdır. İyirmi Quran ayəsində «nəxl» və «nəxlə» kəlməsi keçmişdir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə zeytun, nar vəüzüm kimi digər meyvələrlə yanaşı qeyd olunmuşdur. Belə bir fiikr var ki, xurma ağacının əkilib becərilməsi altı-yeddi min il əvvəl başlamışdır. Ehtimal olunur ki, o zaman xurma ağacından başqa meyvə ağacıbecərilmirdi və bəlkə də elə bu səbəbdən xurma həmişə bəşəri mədəniyyətlə yanaşı olmuşdur. Xurmanınümumi adı olan Finiks eyni zamanda əfsanəvi quşun adıdır. Nəql olunur ki, bu quş neçə min il əvvəl BöyükƏrəbistan səhrasında mövcud olmuşdur. Orta ömrü 500-600 il olan bu quş özünü yandırdıqdan sonra öz külündən yenidən zahir olardı. Qədim yunan və Roma ədəbiyyatında xurma ağacı ilə bu quşun rabitəsinin mümkünlüyü barədə çoxlu dastanlar vardır. Bir ərəb zərb məsəlinə görə xurma ağacının faydaları ilin günlərinin sayı qədərdir. Həqiqətən də xurma müxtəlif faydalara malikdir. Onun ağacından tikintidə, yarpaqlarından isə kəndir, həsir və digər əşyaların istehsalında istifadə olunur. Eyni zamanda öz şadlıq mərasimlərində hamılıqla əllərində xurma yarpaqları tutmaq ərəblərin qədim adəti idi. Xurmanın çəyirdəyi qurudulduqdan sonra üyüdülüb un şəklinə salınsa heyvanlar üçün münasib qida əldə olunar. Xurma şirin vələzzətli meyvə olmaqdan əlavə həm də insan üçün ən yaxşı qida məhsuludur. Xurmanın tərkibində böyük miqdarda saxaroza, protein, selluliz, nişasta və eyni zamanda xeyli miqdarda A, V, S vitaminləri, dəmir, sodium, kalsium, kükürd, fosfor vardır. Xurmadan bal kimi şirniyyatın, şirələrin və şərbətlərin hazırlanmasında da istifadə olunur. Xurma ikigövdəli bir ağacdır. Yəni erkək ağac və onun dişisi iki ayrıgövdədə yanaşı bitirlər. İki ağacın arasında gedən tozlanma meyvənin yaranmasına səbəb olur. Bir erkək xurma ağacı yüz dişi ağacın tozanmasına kifayət edir. Xurma bağı xurmalıq adlanır. Əgər xurmalıqda erkək xurma ağacları olmasa ordakı ağacların heç biri meyvə verməyəcək. İslamın zühurundan əvvəl ərəb qəbilələri düşmənçilik etdikləri qəbilələrin xurma ağaclarını, xüsusilə erkək xurma ağaclarını kəsib məhv edirdilər. Müsəlmanlar bu işə qarşı çıxdılar və onu qadağan etdilər. Ağaclarla belə rəftarı yer üzərindəfəsad hesab edirdilər. Hətta müharibə vaxtı qoşun sərkərdələrinə göstəriş verilirdi ki, günahsız insanlarıincitməsinlər, ağacları kəsməsinlər. Ağacların qorunmasına olan bu güclü həssaslıq inqilabi bir düşüncə vəinsan cəmiyyətinin inkişafı üçün əməli bir yol idi. Bir dəfə müsəlmanlar Bəni Nəzir qəbiləsi ilə qarşılaşanda müharibədə qələbə qazanmaq üçün düşmənin xurma ağaclarını kəsməyə məcbur oldular və bu əməl onlarıçox kədərləndidi. O zaman «Həşr» surəsinin 5-ci ayəsi nazil oldu və müsəlmanların kədərini aradan qaldırdı,çətin şəraitdə onlara belə bir işi yerinə yetirməyə icazə verildi.
Xurma tibbi baxımdan da çox dəyərlidir. Sakitləşdirici və işlədicidir. Eyni zamanda ürəyin hərəkətinəyaxşı kömək edir, yaddaşsızlığı aradan qaldırır. Tənəffüsdə olan narahatlıq, xüsusilə tənginəfəslik üçün çox faydalıdır. Sidikqovucu, cinsi qailiyyəti də gücləndirir. Xurmanınbütün xüsusiyyətlərinə və tərkibinə diqqət yetirsək, onu kamil və qüvvətləndirici bir yemək hesab edə bilərik. Xurma çəyirdəyinin unundan hazırlanan məlhəm və plastırlar göz xəstəliklərindən, xüsusilə gözdəki buynuz təbəqənin şişindən və göz ağrılarındanəziyyət çəkənlər üçün şəfadır. Həzrət Məhəmməd (s) sağlamlıqlarını qorumaq üçün insanlara xurma yeməyi tövsiyə etmişdir. Baxmayaraq ki, bir dəfə Həzrət Əli (ə)-ı xurma yeməkdən çəukindirdiyi də nəql olunmuşdur. Ancaq Peyğəmbərin (s) Həzrət Əliyə (ə) etdiyi bu tövsiyə elmi cəhətdən təsdiqlənmişdir.Çünki xurmanın tərkibində liflər olduğundan xəstə bədəndəki zəif mədənin həzmində problemlər yaranır. Bəzi müfəssirlər xurmanın hamilə qadınlar üçün çox faydalı olduğunu bildirmişlər. Çünki «Məryəm» surəsində də deyilir ki, Həzrət Məryəm (ə) hamiləlik ağrısı çəkən zaman onun üçün Allah tərəfindən xurma yeməsi tövsiyə olundu. («Məryəm», 24-25)
Xurmanın ən yaxşı dərilmə vaxtı ağacın kökünün suda və yarpaqlarının yay günəşinin ən qızmarşüaları altında olan vaxtıdır. Xurma ağacının hündürlüyü 16 metrdən 20 qədərdir. Qurani Kərimdə «Rəd» surəsinin 4-cü ayəsində xurmanın iki növündən - «sinvan» və «qeyri sinvan»dan (bir kökdən və müxtəlif köklərdən olan xurma ağaclarından) danışılır. Xurma ağacının orta yaşı 200 ildir. Xurma ağacı hündür olsa da kökü iki metrdən artıq olmur. Xurma bağlarının özünəməxsus gözəlliyi olduğundan bir çox Ərəb, Afrika hətta Avropa şairləri öz məşhur şerlərində xurmanın gözəlliklərindən bəhs etmişlər.
Coğrafi cəhətdən xurmanın əkin yeri əsasən İraq, Ərəbistan, İran və Misirdir. Xurma tibbi dəyərindənəlavə tarix və mədəniyyət baxımından da «İlahi lütf» adlandırıla bilər. Elə bu səbəbə görə də Qurani Kərimdə xurma böyük ehtiramla yad edilir. Rəsuli-Əkrəm (s) hədislərində də buna az yer verməmişdir.
Xurma haqqında bir neçə hədis:
Allah Rəsulu (s) buyurmuşdur:
«Mümkün olduğu qədər sübh yeməyini xurma ilə bir yerdə yeyin».
Əbu Bəsir rəvayət etmişdir: «Biz Allah Rəsuluna (s) kərə yağı və xurma hədiyyə etdik. Çünki o, bunların hər ikisini çox sevirdi».
Ənəs ibn Malik Allah Rəsulunun (s) belə buyurduğunu rəvayət etmişdir:
«Hətta bir-iki xurma ilə olsa belə şam yeməyini tərk etmək ömrü qısaldır».
Cabir ibn Əbdullah rəvayət etmişdir ki, Allah Rəsulu (s) buyurdu: «Kişmişlə xurmanı birlikdəyeməyin».
Elizbar.Yusubov
Xalq təbabətindən
Armud
Armud yemək mədəni qüvvətləndirir, həzmi asanlaşdırır. Tumundan (çəyirdəyindən ) 10 qram acqarına içilsə bağırsaq qurdlarını tökür.
Alma
Ürəyi qüvvətləndirir, tənginəfəsliyi, ürək döyünməsini aradan qaldırır, qanı artırır. Çəyirdəyi acqarına yeyildikdə bağırsaq qurdlarını tökür.
Balqabaq
Bişirilib sirkə ilə yeyildikdə isitmə xəstəliyini sağaldır. Suyundan şərbət hazırlayıb içməklə zökəm və qaymarit mənbəli baş ağrılarını kəsir. Mürəbbəsi can dərmanıdır!
Böyürtkən
Çox yeyilsə, gözlərə xeyirdir, babasilə qarşı faydalıdır. Kökünü qaynadıb içmək öd kisəsinin daşını tökür, saçları ağarmağa qoymur, gözə işıq verir.
Kartof
Adamı kökəldir, qanı artırır. Sinəni hər cür sərtlik və öskürəkdən qoruyur.
Çiy kartof əzilərək yanıq və şiş üzərinə qoyulsa, fayda verir. Böyrəyə çox xeyirdir. Kartof suyu ilə saçı yuduqda tükləri möhkəmləndirir.
Limon
Hərarətin,qusmanın qarşısını alır. Qabıqları yeyildikdə zəhərlənməni zərərsizləşdirir. Damarları genişləndirir, qan dövranını yaxşılaşdırır.
İtburnu
Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biri də itburnudur. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosfordan ibarətdir. İtburnunun dənəsinin tərkibində isə vanil var.
İtburnu yoluxucu xəstəliklər və soyuqdəyməyə qarşı orqanizmin immunitet sistemini gücləndirir. Bununla yanaşı həmçinin o qəbizlik, öd kisəsi və böyrək üstü vəzilərə də müsbət təsir edir.
Arı İynəsİ
Yeni bir araşdırmaya görə arı iynəsi erkən iltihablanmanın müalicəsinə kömək edir!
San Paulo Universitetində aparılan araşdırma zamanı astma xəstəliyində istifadə olunan arı sancma terapiyasının təsiri incələnib. Bu sahədə aparılan araşdırma nəticəsində məlum olub ki, arı zəhəri oynaq iltihabının müalicəsinə və bu xəstəlikdən qorunmağa kömək edir.
Arı zəhərindəki molekullar iltihabı nəzarətdə saxlayan qlükokortikoidlər adlı hormonun miqdarını artırır. Bundan əlavə arı zəhəri imunniteti də gücləndirir.
Soğan
Sən demə çoxlarının yeməkdən seçib ayıraraq yemədiyi soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları sonunda bu nəticəyə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur.
Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır;
Həzmi asanlaşdırır; Bağırsağı təmizləyir.
Elizbar.Yusubov. Xanımlar
üçün
faydalı
məsləhətlər
•Tərəvəzdən bişirilmiş xörəklərin isti yeyilməsi məsləhətdir, çünki mədə soyuq tərəvəzi pis həzmedir.
•Xörəyə tökülən tərəvəz və göyərtini doğrayıb uzun müddət açıq saxlamaq məsləhət görülmür.
•Təravətini itirmiş göyərtini iki-üç çay qaşığı sirkə tökülmüş suya qoyduqda, yenidən təzələnir.
• Göyərtini təmizləyib, yuyub, və suyu tamam süzüləndən sonra əskiyə büküb soyuducudasaxladıqda uzun müddət təzə qalır.
•Tərəvəz və göyərtini paslanan bıçaqla təmizləmək olmaz.
• Dovğaya qatılacaq unu duzlu suda çaldıqda, yumrular tez açılır.
•Tərəvəzi yalnız istifadə edərkən yuyun və suda çox saxlamayın.
• Ədviyyata çox aludə olmayın. Xörəkdən ancaq ədviyyat qoxusu gələrsə, onun ləzzəti itər.
•Dovğanı asta-asta qarışdırdıqda, daha tez qaynara düşür.
•Badımcanı dağ olmamış yağa qoyduqda, o, yağın bir hissəsini özünə çəkir və pis həzm olunur.
•Çay dəsmalları və yaylıqlar duzlu suda islağa qoyulduqda, daha yaxşı yuyulur.
•Yatarkən başınızın altına hündür balış qoymayın, yoxsa boynunuzun dərisi tez qırışar.
•Süni ipəkdən olan məmulatları yuyarkən bərk sıxmaq, ovxalamaq olmaz, çünki yaş halda onlarınmöhkəmliyi az olur.
• Təzə ütülənmiş paltarı, yataq ağlarını dərhal şkafa yığmayın, yoxsa yenidən qırışar.
•Qurumuş paltarları zivədə uzun müddət saxlamaq olmaz. Çox quruyan paltarların saplarıkövrəkləşir və tez cırılır.
•Təzə alınmış emallı qazanda ilk dəfə su, təzə alümin qazanda isə ilk dəfə süd qaynatmaq lazımdır.
•Balıq iyi verən qabı soyuq su və duz ilə yuyun ki, iyi getsin.
•Soyuducuda xoşa-gəlməz qoxu əmələ gəlibsə, ora bir neçə dilim soğan və ya çörək qoyun.
Yodoformun qoxu-sunu sirkə ilə yox etmək olar.
• Tort, ya piroq bişirərkən formanı isti duxovkada tez-tez ora-bura çəkmək olmaz. Belə etdikdə,xəmirin içindəki hava çıxır və məmulat yapıxır.
• Məmulatın üstünə yumurta sürtülürsə, onu bişirməyə beş-on dəqiqə qalmış yumşaq fırça iləehmallıca çəkmək lazımdır ki, xəmir yatmasın.
• Tortu, keksi bişirəndən sonra formada , ya da tavada saxlamaq olmaz, o saat çıxarmaq, salfetinüstünə qoyub soyutmaq lazımdır.
• Sıyıq mayalı xəmiri yağlanmış əllərlə götürdükdə, əllərə yapışmır.
• Biskvit xəmiri, tort, keks orta qızdırılmış duxovkada bişirilir. Duxovkanı ilk 15 dəqiqə açmaqolmaz.
• Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.
• Laylı xəmiri yoğurandan sonra bir saatlığa soyuq yerə qoysanız, yaxşı yayılar və duxovkanın listinəyapışmaz.
• Yumurtanı bişirərkən onun küt tərəfindən iynə, ya da sancaq ilə xırda deşik açılsa, o sınmaz.
• Əgər siz yumurtanın ancaq ağını istəyirsinizsə, yumurtanı hər iki ucundan qıyıqla deşin, yumurtanınağı axacaq, sarısı isə qalacaqdır.
• Biskvit xəmiri hazırlanarkən un, yumurta, şəkər qarışığı ilə 15 saniyədən çox yoğrulmur, çünkixəmir yapıxır və məmulat bərk olur.
ELIZBAR.YUSUBOV.
Hicab boğazda xərçəng xəstəliyinin qarşısını alır
Bazar günü, 26.09.2010, 10:56pm (GMT+4)
Hicab boğazda xərçəng xəstəliyinin qarşısını alır, bu barədə Kanada ailmləri açıqlama yayıblar
Alimlərin uzun illər aparıqları təhqiqatdan belə qənaətə gəliblər ki, hicablı xanımlar daha az boğazda xərçəng xəstəliyinə mübtəla olurlar
Kanadalı alim, həkim və araşdırmaçı doktor Milker rəhbərlik etdiyi alimlər şurası ilə son olaraq bu qənaətə gəlib ki, hicablı xanımlar daha az boğazdaxərçəngi xəstəliyinə düçar olurlar. Onlar uzun illər araşdırmadan sonra bu qənaətə gəliblər. Alimlər bildirirlər ki, qadınlar arasında araşdırmaların nəticəsi belə deməyə tam əsas verir. Onlar səbəb kimi də hicabı göstərirlər, çünki onların araşdırmalarına əsasən qadınlar arasında yalnız hicab fərqi olub və başqa heç bir fərqli cəhət olmayıb. Onlar bu qərarlarını Məkkədə elan ediblər.
Havaların tez-tez dəyişməsi baş ağrılarına səbəb olur |
| 4 May 2011 |
Hava şəraitinin tez-tez dəyişməsi baş ağrısını və miqreni artıran bir çox ekoloji faktordan biridir. Hava şərtlərinə qarşı həssaslıqdan bəhs edildiyində, ağla gələn ilk şey, baş ağrıları və ya miqrendir. İki vəziyyət bir-birindən təməldə fərqlidir. Baş ağrısı, gərginlik, stress, infeksiya, dərman asılılığı yaradan bir xəstəlikdir.
Miqrenin isə özü tibbi bir vəziyyətdir və miqren ağrılarına səbəb olur. ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. Qısa müddətli bir araşdırma sonunda məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş agrılarına başqa sözlə desək miqrenə səbəb olur. Dr.K.Mukamal öz əməkdaşları ilə birgə 2000-ci ilin may ayından 2007-ci ilin dekabr ayına kimi baş ağrısı şikayəti ilə tibb mərkəzinə müraciət edən 7,054 xəstə üzərində apardıqları araşdırmalar sonunda 2,250 xəstədə miqren xəstəliyi müəyyən olunmuşdur. Tədqiqat zamanı Mukamal havanın hərarətini, çirkliliyini, atmosfer təyziqini, çirkliliyin diapazonunu göstərən monitorlardan istifadə edərək bu nəticəyə gəlib ki, havada çox yüksək hərarət və ya çox aşağı atmosfer təyziqi şiddətli baş ağrısına səbəb ola bilər. "Bu araşdırma deməyə əsas verir ki, ətraf mühütdə baş verənlər bizim sağlığımıza bir başa təsir edir və bu da çox insanlarda şiddətli baş ağrısı ilə nəticələnir." Bu sözləri media nümayəndələrinə müsahibəsində Dr K.Mukamal demişdir. Eyni zamanda o qeyd etmişdir ki,miqrenin müalicəsinə illik 17 millyard dollara yaxin vəsait xərclənir.
Miqren ağrıları, baş ağrısından daha çox olur. Ürək bulanma, qusma, səs-küy və işığa qarşı həssaslıq ümumiyyətlə ağrıya köməklik edir. Bir miqren hücumu bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Uzun illər miqrenin səbəbinin beyindəki qan axınında dəyişikliklər olduğuna inanılıb. Bəzən qan damarları daralır və nəticədə beyinə az qan getməsiylə beyinə gedən oksigen miqdarı azalır. Bədən bu təhlükəyə qarşı, qan damarlarını genişlədərək cavab verir. Bunlara əlavə olaraq, bu hadisələr əsnasında, bəzi kimyəvi maddələr ortaya çıxaraq, beyin toxumasında infilamasiya şişməyə səbəb olur və ağrıyla əlaqədar sinir uclarında həssaslıq artır.
Baş ağrılarını qismən də olsa qorunmaq üçün yuxunu proqrama salmaq lazımdır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, idman etmək, spirt və siqaretdən uzaqlaşmaq lazımdır. Bundan əlavə əgər baş ağrısının hansı səbəblərdən baş verməsini bilirsinizsə, bunu qarşısını almağa çalışın. Məsələn yaş saç başınızın ağrımasına səbəb olarsa, onda saçı yaxşıca qurutmaq lazımdır. Hava şəraitini dəyişdirmək mümkün deyil. Lakin mənfi təsirləri azalda bilərik.
Zehni açan qidalar - 12 aprel 2011 |
Yaddaş zəifliyi bir çox hallarda yorğunluq, yuxu rejiminin düzgün qurulmaması, həddindən artıq televiziya və kompüter qarşısında vaxt keçirilməsi, balanslaşdırılmamış qidalanma ilə də bağlıdır. Bəs yaddaşı necə yaxşılaşdırmalı ?
Öncəliklə rejimə riayət etmək , vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, kifayət qədər istirahət etmək lazımdır.
Həmçinin idmanla məşqul olmaq lazımdır. Ən əsası isə qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.Qidalanarkən tərkibində zülal, fosfor, kalsium, A,E,B qrup vitaminləri olan qidalara çox yer verilməlidir. Bunlara misal olaraq , balıq əti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao, və s. göstərmək olar.
Səhər və axşamlar bal şərbəti və ya şirin çay içmək beyinin qlükozaya olan tələbatını ödəmklə , yaddaşı artırır.
Həmçinin:
Yumurta-D vitamini ilə zəngin olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir, beyinin fəaliyyətini gücləndirir.
Çiyələk-Antioksidant və C vitamini mənbəyidir. Zəifləyən beyinin funksiyalarını tənzimləyir.
Çay-tərkibindəki flavonoidlər sayəsində beyinin elastikliyini qoruyur və fəaliyyətini artırır.
Qırmızı ət- dəmirlə zəngin olan qırmızı ət, xüsusilə uşaqlarda zəka səviyyəsini yüksəldir.
Üzüm suyu- xüsusən də qara üzümün suyu zehni açmaqda həm qısa, hən də uzun müddətli effektə malikdir.
Vələmir-karbohidratlarla zəngindir, yaddaşa müsbət təsir göstərir.
Kələm-stessi azaldır və beyinin inkişafına güclü təsir göstərir.
Qoz,fındıq kimi qidalar zehni və diqqət vermə qabiliyyətini gücləndirən ən vacib qidaların başında gəlirlər.
Balıq-həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.
Qırmızı və narıncı rəngli meyvələr,xüsusən də pomidor, yerkökü, qırmızı bibərdə olan vitaminlər beyinin daha uzun müddət sağlam qalmağına təsir edir.
Lobya-xüsusən də uşaqlarda zehni gücləndirir.
Qatıq-içində olan tirozin adlı maddə yaddaşı yaxşılaşdırır.
Çox az yemək diqqət dağınıqlığına səbəb olar.Həddindən artıq yemək isə yuxunuzu gətirər.
Hamınıza möhkəm yaddaş, sağlam beyin arzulayıram !!
|
Zobun müalicə üsulları - 15 aprel 2011 |
Zob xəstəliyinin müalicə üsulları:
1) 1 stəkan ilıq suya , 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
2) Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)
3) Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən...
4) 1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
5) 1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
6) Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır...
Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.
|
|
Göyərtinin faydaları - 27 mart 2011 |
Özünüzü göyərtiyə etibar edin!
Bilirsinizmi ki, gün ərzində şüyüd, cəfəri, və keşniş dəstəsi orqanizminizin nə qədər qeydinə qalır? Amerika alimləri hesab edirlər ki, gün ərzində göy qurşağının rənglərinə uyğun olaraq 7 rəngdə məhsuallarla qidalanmalısınız.Ən çox üstünlüyü isə göyərtiyə verin.Çünki o, bitki antioksidantları ilə zəngindir.Hüceyrələri xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur..
Cəfəri: Tərkibində çoxlu kalium, kalsium, dəmir, fosfor və C vitamini var. Orqanizmin qoruyucu gücünü möhkəmləndirir, görmə qabiliyyətini, dərinin rəngini və vəziyyətini yaxşılaşdırır, həm də sidikqovucu effektə malikdir.
Şüyüd: C vitamini, kalium, dəmirlə zəngindir.Qanazlığı, hipertoniya, mədə-bağırsaq pozğunluqları kimi xəstəliklərdə faydalıdır.
Keşniş: B və PP qrup vitaminləri ilə zəngindir.Sinir sistemini stresdən qoruyur, dərini təravətləndirir, ürək və bağırsağın yaxşı işləməsinə kömək edir. Güclü antioksidantdır.
Yadda saxlayın: Göyərtini yeməkdən sonra yox, yemək vaxtı və ya yeməkdən əvvəl yeyin!
Üzdə şişmə, varikoz xəstəliyi, hipertoniya üçün Şüyüdün və keşnişin budaqları, cəfərinin kökü və göyərtisi xeyilidir.
Cəfərinin tərkibində elə birləşmələr var ki, böyrəklərdə, sidik kisəsində olan daşları və qumu əridib çıxardır.
Şüyüd və cəfəri nəfəsi təravətləndirir.
|